Gilgit-Baltistan

Gilgit-Baltistan
urdu گلگت بلتستان

35° şm. e. 75° ş. u.


Ölkə Pakistan
İnzibati mərkəz Gilgit
Ən böyük şəhəri Skardu[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1 noyabr 1948-ci il
Sahəsi 72 971[2] km²
Saat qurşağı UTC+05:00
Əhalisi
Əhalisi 1 800 000 nəfər nəfər (2015)
Rəsmi dillər urdu, ingilis (rəsmi)
Rəqəmsal identifikatorlar
Abreviatura GB
ISO kodu PK-GB
Rəsmi sayt
Gilgit-Baltistan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gilgit-Baltistan (urdu گلگت بلتستان) və ya keçmiş adı ilə Şimal əraziləri[3] Pakistan İslam Respublikasının ucqar şimalında yerləşən muxtar bölgədir.[4] Bu vilayət cənubdan Hindistanın nəzarəti altında olan Azad Kəşmir, şimaldan Əfqanıstana məxsus Vahan dəhlizi, qərbdən Hayber Paxtunxva bölgəsi, şərqdən və şimal-şərqdən Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə əhatə olunmuşdur. Gilgit-Baltistan Hindistan və Pakistan arasında mübahisəli ərazi olan Kəşmirin tərkib hissəsidir.[4][5][6]

Hazırda Gilgit-Baltistanın yerləşdiyi ərazi 1970-ci ildə "Şimal əraziləri" adı altında muxtar inzibati vahid elan olunmuşdur. 2009-cu ildə Pakistan Prezidenti Asif Əli Zərdari tərəfindən imzalanmış əmrə əsasən muxtar bölgənin adı Gilgit-Baltistan formasına qaytarılmışdır. Bu bölgənin əhalisi Kəşmirlə birləşməyin əleyhinə olmuş, Pakistanın tərkibində beşinci muxtar vilayət olmaq istəmişdir, lakin Pakistan hökuməti BMT-də müzakirə olunan Kəşmir məsələsi ilə əlaqədar olaraq bu istəyi qəbul etməmişdir.

Gilgit-Baltistanın sahəsi əksər hissəsi yüksək dağlıq relyef olmaqla 72,971 km²-dir. 2015-ci il hesablamalarına əsasən bölgə əhalisi 1 milyon 800 min nəfər təşkil edir. Paytaxtı Gilgit şəhəridir. Bu muxtar bölgədə olan zirvələrin 50-dən çoxunun hündürlüyü 7000 metrdən çoxdur. Qütb zonasını çıxmaqla dünyada mövcud olan ən uzun üç buzlaq Gilgit-Baltistan ərazisində yerləşir. Alpinizm əsas turizm sahəsi hesab olunur.

  1. "Skardu". Skardu. 2016-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017. (#apostrophe_markup)
  2. "UNPO: Gilgit Baltistan: Impact Of Climate Change On Biodiversity". unpo.org. 2016-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
  3. Hinman, Bonnie, We Visit Pakistan, Mitchell Lane Publishers, Inc., 15 sentyabr 2011, səh. 41, ISBN 978-1-61228-103-2, 2022-04-08 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-11-20
  4. 1 2 Weightman, Barbara A. Dragons and Tigers: A Geography of South, East, and Southeast Asia (2nd). John Wiley & Sons. 2 dekabr 2005. səh. 193. ISBN 978-0-471-63084-5.
  5. "Gilgit-Baltistan: Disputed or victim of Kashmir dispute?". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  6. "The Myth of Gilgit-Baltistan's Linkage with Jammu & Kashmir". 2018-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search